“Ermənilər Paşinyana səs verməklə, azərbaycanlıları Ermənistana gətirməyə səs veriblər”.
Tribuna.az xəbər verir ki, bunu politoloq Beniamin Matevosyan deyib.
Onun sözlərinə görə, çox keçməz azərbaycanlılar Ermənistanda ermənilərin qonşuluğunda, hətta onların yaşadıqları evlərdə peyda olacaqlar.
Erməni politoloq iddia edir ki, Ermənistanda hakim “Mülki Müqavilə” Partiyası katolikosu dəyişdirmək istəyir. “Artıq parlamentdə “Paşazadə mənəvi liderdir, katolikos isə deyil” kimi açıqlamalar eşidirik. Onlar yəqin ki, Qərbi Azərbaycanın katolikosu olmaqdansa, müftisini təyin etmək istəyərlər”.
Fərda Uğur









