Ermənistanda bəzi siyasətçilər xülyalarda, nağıllar aləmində yaşamağı özlərinə həyat tərzi seçiblər.
Tribuna.az xəbər verir ki, bu həyatı yaşayanlardan biri də siyasətçi Jirayr Sefilyandır.
O, yerli mediaya açıqlamasında iddia edib ki, guya, Ermənistan tezliklə Qarabağı “geri alacaq”. Amma Sefilyan bununla da kifayətlənməyib və “ac toyuq yuxusunda darı görər” misalına uyğun olaraq, Naxçıvana da iddia edib. O deyib: “Ermənistan tezliklə Qarabağ və Naxçıvanı geri qaytarmaq imkanı əldə edəcək”.
Fərda Uğur









