PAKİSTANIN MƏŞHUR AZƏRBAYCANLI AKTYORU KİMDİR ? – FAKT

PAKİSTANIN MƏŞHUR AZƏRBAYCANLI AKTYORU KİMDİR ? – FAKT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanın Azərbaycan əsilli məşhur aktyoru var imiş. Tribuna.az xəbər verir ki, həmin aktyor Ağa Əli Abbas Qızılbaş Talışdır. Ağa Talış 1926-ci ildə Hindistanın Ludhiana şəhərində anadan olmuş, Pakistanın müstəqillik əldə etməsindən sonra ailəsi ilə birlikdə Pakistana köçmüşdür.1962-ci ildə “Şəhid” filmi ilə şöhrət qazanan aktyor karyerası ərzində 450-dən artıq filmdə rol almış və 6 dəfə “Nigar Mükafatı”na, 1989-cu ildə isə Pakistanın o vaxtki prezidenti Qulam İshaq Xan tərəfindən “Performans Qüruru” mükafatına layiq görülmüşdür.
Aktyorun tək oğul övladının adı isə Əhsən Talışdır. Əhsən atasının yolunu davam etdirir və o, Pakistanda məşhur aktyor, kinorejissor və prodüser kimi tanınır.

Bu gün Əfqanıstan, Pakistan və Hindistanda “Talış” soyadlı qızılbaşlar yaşamaqdadır.
Böyük ehtimalla bu insanlar Səfəvilər zamanı Babur şah və onun övladlarına yardım üçün getmiş Qızılbaş ordusunun tərkibində olan Talışların törəmələridirlər.

Fotonu rəngləndirən və yazının müəllifi Vahid İbayev