OYUNCAĞI ÇOX OLAN UŞAQLAR… VALİDEYNLƏRİN DİQQƏTİNƏ!

OYUNCAĞI ÇOX OLAN UŞAQLAR… VALİDEYNLƏRİN DİQQƏTİNƏ!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikanın Tolido Universitetindən olan bir qrup tədqiqatçı uşaqların müxtəlif oyuncaqlarla təmasda olduqdan sonrakı davranış şəkillərini təhlil ediblər. Təhlildən sonra gəlinən nəticə heç də ürəkaçan olmayıb.

Tribuna.az yazır ki, mütəxəssislərin iddiasına görə, oyuncaqlar uşaqlarda davranış pozğunluğu yaradır. Belə ki, valideynlər uşaqlara çoxsaylı oyuncaqlar almaqla onların beyin inkişafını pozurlar. Çoxlu oyuncaqları olan uşaqların yaradıcılıq qabiliyyəti inkişafdan qalır, kreativ düşüncələrə sahib olmurlar. Oyuncaqların hər biri ilə yalnız bir dəfə oynayıb kənara atırlar.

Lakin hansı uşaqların ki, oyuncaqları sayılı qədər olur, həmin uşaqlar müxtəlif fərqli oyunlar düşünür. Eyni oyuncaqları hər dəfə fərqli və daha maraqlı tərzdə oynatmağa çalışırlar və beləliklə, beyin inkişaf edir.

Eksperimentdə yaşı 3-ə qədər olan 36 uşaq iştirak edib. Uşaqlara oyuncaq otağında 4 və ya 6 oyuncaqla bir neçə saat oynamaq təklif edilib. Uşaqların bir qrupu buna sevinsə də, digər qrup 4 oyuncaqla heç bir oyun oynaya bilməyəcəklərini deyərək etiraz ediblər.

Mütəxəssislər uşaqların valideynlərinə, tərbiyəçilərə, bağça müəllimlərinə uşaqların əlinin altından çoxsaylı oyuncaqları yığışdırmağı və onların təxəyyülünün inkişafı üçün onlara daha düşündürücü, fərqli məşğuliyyətlər öyrətməyi tövsiyyə ediblər. Bununla uşaqların yaradıcılıq qabiliyyəti normal inkişaf edəcək və bu onların İQ səviyyəsinə də olduqca yüksək təsir göstərəcək.