10 vilayətdən Antalya başda olmaqla digər vilayətlərdəki otellərə yerləşdirilən zəlzələ qurbanlarının sayı 100 mini keçib.
Tribuna.az CNNTürk-ə istinadən xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi, AFAD və Türkiyə Otelçilər Federasiyasının (TÜROFED) təşkilatçılığı ilə zəlzələ bölgəsindəki 10 vilayətdən 21 bölgədə 100 minə yaxın adam otellərə yerləşdirilib.
Qeyd edək ki, otellərlə yanaşı, 5 mindən çox zəlzələ qurbanı müəllim evi, polis evi kimi bir çox dövlət qurum və təşkilatlarına məxsus qonaq evlərinə və sosial obyektlərə yerləşdirilib.









