OSKARLI REJİSSOR PUTİNİ MÜDAFİƏ ETDİ – “BÖYÜK LİDERDİR”

OSKARLI REJİSSOR PUTİNİ MÜDAFİƏ ETDİ – “BÖYÜK LİDERDİR”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nuclear Now” adlı yeni sənədli film hazırlayan amerikalı rejissor Oliver Stoun Guardian-a müsahibəsində Rusiya prezidenti Vladimir Putinin “böyük lider” olduğunu bildirib.

Tribuna.az İndependent-ə istinadən xəbər verir ki, sənədli filmi üçün Rusiyadakı nüvə stansiyalarını ziyarət etmə fürsəti tapan Stoun, Rusiyanın nüvə enerjisi ilə böyük işlər gördüyünü bildirib.

“Putin ölkəsi üçün böyük liderdir və xalq onu sevir”, -rejissor əlavə edib.

80 yaşlı ABŞ prezidenti Co Baydenin yenidən seçilməsi ilə bağlı sualları rədd edən Stoun, “Ən sevdiyim prezident Con Kennedi idi. İki İrlandiyalıya baxanda Kennedi sülhsevərdir”, -deyib.