ÖLKƏDƏ BİR İLK… QASTROİNTESTİNAL SİSTEM ENDOSKOPİYASI ÜZRƏ SEMİNAR KEÇİRİLDİ

ÖLKƏDƏ BİR İLK… QASTROİNTESTİNAL SİSTEM ENDOSKOPİYASI ÜZRƏ SEMİNAR KEÇİRİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda ilk dəfə “Olimp Hospital” və AELCA-nın təşkilatçılığı ilə “Qastrointestinal sistem Endoskopiyası üzrə tibb bacılarının I seminarı” keçirilib.

Tribuna.az xəbər verir ki, bu barədə həkim, “Olimp Hospital”ın icraçı direktoru Aqil Ağakişiyev məlumat paylaşıb.
Seminar AELCA-nın sədri həkim Müşviq Həsənli, AELCA-nın sədri və “Olimp Hospital”ın icraçı direktoru həkim Aqil Ağakişiyev açılış nitqi ilə çıxış edib və iştirakçıları salamlayıblar.
Həkim Nigar Əliyeva və Həcər Ağakişiyevanın moderatorluğu ilə həkimlərin, Azərbaycandan və eyni zamanda Türkiyədən iştirak edən tibb bacılarının çıxışları olub. Seminarda 30 xəstəxanadan 150-dən çox tibb bacısı və qastroenteroloq həkim iştirak edib. Həmçinin iştirakçılar siyahısında 1 Nömrəli Bakı Tibb Kollecinin müəllim və tələbə heyəti olub.
Seminar zamanı xəstə üzərində canlı endoskopiya videomarafonu keçirilib. Sonda bütün iştirakçılara sertifikat verilib.
“Olimp Hospital” və AELCA nın rəhbərliyi tibbi maarifləndirmə yönündə növbəti addımları ilə əlaqədar məmnunluq və qürur duyduqları günlərdən birini yaşadıqlarını bildiriblər.