Niyə ürəyimiz darıxır?

Niyə ürəyimiz darıxır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Darıxmaq hər kəsin qaçdığı bir hissdir. Bu çox depressivv vəziyyət olsa da, adi bir hadisədir.
Qədim Roma filosofu Seneka cansıxıcılığı ürəkbulanma ilə müqayisə edib. Buna son qoymaq üçün isə beyində dopamin ifraz edən bir fəaliyyət tapmalıyıq. Domapin bizə etdiyimiz işdən, fəaliyyətimizdən həzz almağa imkan yaradır.

Tribuna.az cansıxıntısı ilə bağlı maraqlı məlumatlar təqdim edir.

Aparılan araşdırmalar göstərir ki, insanlar bu hissdən xilas olmaq üçün hər şeyi edə bilərlər.
2014-cü ildə Virciniya Universitetində aparılan bir araşdırma, insanların 6-15 dəqiqə tək başına qala biləcəyini öyrənməyə çalışıb.
Tədqiqat zamanı iştirakçılar özləri ilə baş-başa qalacaqları boş bir otağa yerləşdirilib.
Tədqiqat iştirakçılarının yarısı tək qalmaqdansa, könüllü olaraq özlərinə yüngül elektrik şoku verməyi seçib.
Araşdırma sonunda iştirakçılar təcrübədən razı qalmadıqlarını bildirib.
Məsələ ilə bağlı mütəxəssislər isə bu hissin müsbət fəaliyyət hədəflədiyini qeyd edib.
Onlar bildirib ki, darıxmaq insanlara yeni şeylər kəşf etmək üçün motivasiya verir.
Bu hiss insanların marağını artırır və yeni şeylər kəşf etməyə təşviq edir.
Bundan əlavə, bu günə qədər aparılan bir çox araşdırmada məşğul insanların özünü daha xoşbəxt hiss etdiyi məlum olub.