Niderlandın xarici işlər naziri Vopke Hoekstran bildirib ki, Qarabağda insan hüquqlarının müdafiəsi böyük əhəmiyyət kəsb edir və bunun üçün tam məsuliyyət Azərbaycan tərəfinin üzərinə düşür.
Tribuna.az məlumat verir ki, nazir xəritədə yerini bilmədiyi ərazidə yaşayan 25 min erməni üçün mənasız tələblər irəli sürüb. O, ABŞ və Aİ-ni mülki şəxslərin təhlükəsizliyini təmin etməyə çağırıb.
Van der Plas erməni icmasının narahatlığını vurğulayaraq, “bir-birinin ərazi bütövlüyünün tanınması”nın həm də 21 sentyabr 2022-ci il tarixinə Azərbaycan tərəfindən “işğal olunmuş Ermənistan ərazisinin (150 kvadrat kilometr) geri qaytarılması” demək olub-olmadığını soruşub. Nazir Hoekstra qeyd edib ki, ümumiyyətlə, onlar həmişə ərazi bütövlüyünün qorunmasının tərəfdarı olacaqlar ki, bu da tamamilə qanuni tələbdir və BMT Nizamnaməsinə uyğundur.









