İsrailin baş naziri Benyamin Netanyahu bəyan edib ki, İranın nüvə gücünə çevrilməsinin qarşısını almağın yeganə yolu həqiqi hərbi təhdiddir.
Tribuna.az CNN-ə istinadən xəbər verir ki, “İranın hərbi nüvə dövlətinə çevrilməsini dayandırmaq istəyirsinizsə, yeganə yol real hərbi təhlükədir”, -deyə Netanyahu müsahibəsində bildirib.
İsrail, ABŞ və qonşu ərəb ölkələrini nəzərdə tutan baş nazir, “Bu, hamımızın məsuliyyətidir” deyib.
“Bizim qiymətləndirməmizə görə, bəzi iqtisadi və siyasi səylər də daxil olmaqla göstərdiyimiz səylər İranın ilkin planlarına mane olub.
Təxminən 10 il əvvəl indi olduqları yerdə olacaqlarını düşünürdülər”,-Netanyahu əlavə edib:
“Biz onları yavaşlada bildik, lakin tamamilə dayandıra bilmədik”.









