BDU-nun müəllimi Nərman Qocatürkün ölümündən əvvəl sosial şəbəkədə etdiyi son paylaşımlardan biri diqqət çəkib.
Tribuna.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, sosial şəbəkədə yayılan görüntüdə onun ölümündən təxminən dörd gün əvvəl paylaşdığı fəlsəfi fikirlər yer alıb.
Paylaşımda bu sözlər yazılıb:
“Allahı tanımayana israrla Allahı tanıtmağa gərək yox, çünki Allahın özü ona tanınmaq istəmir”.
Xatırladaq ki, 1967-ci il təvəllüdlü Nərman Salman oğlu Süleymanovun meyiti noyabrın 18-də saat 19 radələrində Yasamal rayonu, Ayna Sultanova küçəsində yerləşən mənzildə aşkarlanıb. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, Nərman Qocatürk son günlər sosial şəbəkələrdə barəsində səsləndirilən iddialarla da gündəmə gəlmişdi. Noyabrın 12-dən etibarən “Tələbə mediası” adlı səhifədə onun tələbələrə qarşı qeyri-etik davranışlar göstərdiyinə dair ittihamlar yayılmışdı. Qocatürk isə ölümündən əvvəl yazdığı bildirilən müraciətdə bu ittihamları rədd etmişdi.










