NAZİRLİK VƏ DSMF TƏQAÜDÇÜLƏRİ MƏHKƏMƏ YOLLARINDA QOYUB

NAZİRLİK VƏ DSMF TƏQAÜDÇÜLƏRİ MƏHKƏMƏ YOLLARINDA QOYUB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu təqaüdçüləri məhkəmə yollarında qoyub.

Tribuna.az xəbər verir ki, nairliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu 200-dən çox təqaüdçü tərəfindən məhkəməyə verilib. Bu, DSMF-yə qarşı təkcə bir ay ərzində təqaüdçülərin iddiası üzrə açılan məhkəmə işləridir.
Belə ki, iyun ayı ərazində DSMF-nin 220-yə qədər məhkəmə prosesi var ki, onlardan 190-200-ü təqaüdçülərin pensiya problemi ilə bağlıdır.

DSMF-yə qarşı irəli sürülən bütün məhkəmə proseslərində işin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar yaranmış mübahisələr və pensiya təminatı ilə bağlıdır.