“NAZİRLİK MƏKTƏBLƏRİ ÇAYXANAYA ÇEVİRİB” – EKSPERT

“NAZİRLİK MƏKTƏBLƏRİ ÇAYXANAYA ÇEVİRİB” – EKSPERT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elm və Təhsil Nazirliyi təhsili çayxanaya döndərib, adını da yarış qoyub.

Tribuna.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov Sumqayıt şəhərində yerləşən 31 nömrəli orta məktəbdə müəllimlər arasında keçirilən nərd yarışı ilə bağlı deyib.

Ekspert bildirib ki, nazirlik və onun rəhbərliyinin təhsildən, məktəbdən anlayışları yoxdur:

“Hələ bilmirlər ki, əlamətdar günlər ilə bağlı yarış, tədbirlər məktəbdə tədris olunan istiqamətlərə aid olmalıdır. Bu yarış və müsabiqələrin iştirakçısı da şagirdlər olmalıdır.

Soruşuram, nərd yarışının şagirdlərin bilik və bacarıqlarına, intelektual inkişafına hansı müsbət təsiri var?

Nərd nə vaxtdan tədris proqramına daxil edilib? Siz nəyi təşviq edirsiniz?

Keçirirsiniz İntelektual yarış, futbol, voleybol, qaçış, şeir, hekayə və s yarış keçirin. Daha nərd nədir?”.