“Məlumatlı bir şəxs deyir ki, notariusda alınan dövlət rüsumları büdcəyə getmir, notariusların hesablarında qalır. Onlar da özlərinə 400 manat rəsmi maaş yazıb, sosial ödənişləri edirlər”.
Pravda.az-ın xəbərinə görə, bunu sabiq deputat Nazim Bəydəmirli bildirib.
N.Bəydəmirli qeyd edib ki, onlar yığılan gəlirdən də 10 faiz vergi ödəməklə böyük qazanclar əldə edirlər: “Məsələn, 50 min manat dövriyyəsi olan məhləmizdəki notarius cəmi 5 min manat ödəməklə, dövlət büdcəsindən belə astronomik məbləğləri “yayındırır”, Ədliyyə nazirliyinin rəhbərliyinin də bundan xəbəri var, çünki hərəsi 5-10 notariusa “krışalıq” edirlər…”









