“NATO SAKİT OKEANA MÜNAQİŞƏ GƏTİRİR” – ÇİN MN

“NATO SAKİT OKEANA MÜNAQİŞƏ GƏTİRİR” – ÇİN MN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sinqapurda keçirilən Şanqri-La Təhlükəsizlik Sammitində Çinin müdafiə naziri Li Şanfu Asiya-Sakit Okean regionunda NATO-ya bənzər hərbi ittifaqların yaradılmasına qarşı xəbərdarlıq edib və bu cür ittifaqların “regionu münaqişə burulğanına sürükləyəcəyini” bildirib.

Tribuna.az Hürriyet-ə istinadən xəbər verir ki, Vaşinqtonu tənqid edən Çinli nazir, “ Asiya – Sakit okean regionunda soyuq müharibə zehniyyətinin dirçəldilməsinə çalışıldığını və Pekinin münaqişə əvəzinə digər ölkələrlə dialoqa can atdığını müdafiə edir” deyib.

Li bu sözləri Amerikalı həmkarı Lloyd Ostinin Pekini hədəf alan bəyanatlarından sonra bildirib.

Qeyd edək ki, ABŞ Müdafiə Naziri də həmin sammitdəki çıxışında “Pekin ABŞ-ın müttəfiqlərinin zorakılığına dözməyəcək” deyərək, ABŞ-ın adadakı status-kvonu qorumaqda qərarlı olduğunu vurğulamışdı.

Eyni zamanda, Ostinin çinli həmkarı general Li Şanqfu ilə Sinqapurda görüşmək istəyi Çin hakimiyyəti tərəfindən rədd edilib.