Musiqili Teatrda “Uşaq hüquqları aylığı” çərçivəsində iki tamaşa nümayiş olunub

Musiqili Teatrda “Uşaq hüquqları aylığı” çərçivəsində iki tamaşa nümayiş olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Uşaq hüquqları aylığı” çərçivəsində iki tamaşa nümayiş etdirilib.

Teatrdan Tribuna.az -ya bildirilib ki, oktyabrın 24-də Prezident mükafatçısı İradə Gözəlovanın quruluşunda Cəlil Məmmədquluzadənin “Anamın kitabı”, noyabrın 18-də isə Zaur Əliyevin quruluşunda Ceyms Barri və Qrim qardaşlarının əsərləri əsasında hazırlanmış “Bremen musiqiçiləri və Pen” (Səhnələşdirən. Anar Babalı) tamaşaları təqdim olunub.

Uşaqların mənəvi-estetik dünyagörüşünün zənginləşdirilməsi, yaradıcılıq potensialının inkişafı, mədəni həyatda iştirakının təşviqi və cəmiyyətə inteqrasiyasına dəstək məqsədi daşıyan layihə çərçivəsində nümayiş olunan tamaşaları məktəblilər, xüsusi qayğıya ehtiyacı olan uşaqlar və şəhid övladları izləyiblər. Hər iki səhnə əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, 20 noyabr Dünya Uşaq Günüdür (Universal Children’s Day). 1989-cu ilin 20 noyabrında “Uşaq hüquqları haqqında Konvensiya”nın qəbulu ilə bağlı BMT Baş Assambleyası tərəfindən təsis edilib.

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) tərəfindən hər il Dünya Uşaq Günü münasibətilə ölkəmizdə “Uşaq hüquqları aylığı” (20 oktyabr –20 noyabr) elan olunur.