Prezident İlham Əliyevin Münhendə Qarabağla bağlı mövqeyini rəsmən bəyan etməsi Moskavaya ciddi mesaj idi.
Tribuna.az xəbər verir ki, bu fikirlərlə siyasi şərhçi Məhəmməd Əsədullazadə çıxış edib. O bildirib ki, Rusiya tərəfindən Qarabağa göndərilən R. Vardayan Azərbaycanın reinteqrasiya siyasətinin qarşısını almaqla yanaşı, separatizmi qızışdırır:
“Vardayanan bütün təlimatlar Kreml tərəfindən verlir və onun əsas missiyası məhz böhranı inkişaf etdirməkdir. Faktiki olaraq Rusiya Azərbaycana R. Vardayan vasitəsilə təzyiq etməyə çalışır.
Prezident İlham Əliyev Münhendə R. Vardanyanın getməli olduğunu və Rusiyanın göndərdiyi şəxslə heç bir əlaqələr qurulmayacağını elan etdi. Bu, Azərbaycanın rəsmi möveyidir. Amma Rusiya geri addım atmır və prosesi nəzarəti altında saxlamağa çalışır.
Qeyd edim ki, prezident İlham Əliyev Laçın dəhlizində Azərbaycanla Ermənistan sərhəddindən nəzarət buraxılış məntəqəsinin qurulmasının vacibliyini də vurğuladı. Artıq bu iqtidarın planındadır və R. Vardayan amilini ortadan qaldırmaq və Rusiyanın Xankəndidə mövqelərinin qarşısını alacaq”.
M.Əsədullazadə bildirib ki, Vardayanın Qarabağdan çıxarılması və neytrallaşdırılmasında N. Paşinyan da maraqlıdır:
“Çünki o, Qarabağda N.Paşinyana qarşı Moskva tərəfindən alernativ kimi hazırlanır. Ona görə də R. Vardanayanın aradan götürülməsi üçün həm Bakının, həm də N. Paşinyanın maraqlarına cavab verir.
Azərbaycan bu il ərzində Laçın dəhlizində nəzarət buraxılışı məntəqəsini quraşdıracaq və R. Vardanyan planının qarşısını almaqla, silahı erməni birləşmələrinin ləğvi və separatizmə son verə bilər. Bununla da Fransanın Xankəndidə Humanitar məqəsdlər üçün açamaq istədiyi Bürosu reallaşmayacaq”.
Tribuna.az










