MÜHARİBƏ RUSİYA DƏRMANLARINI SIRADAN ÇIXARDI…

MÜHARİBƏ RUSİYA DƏRMANLARINI SIRADAN ÇIXARDI…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkə apteklərində Türkiyə istehsalı dərman preparatlarının sayı artıb.

Tribuna.az xəbər verir ki, Rusiya-Ukrayna müharibəsindən sonra Rusiyadan Azərbaycana gətirilən dərman preparatları gecikmə ilə gəlirdi. Artıq bir ilə yaxındır ki, apteklərdə xüsusilə hərarətsalıcı dərmanlar tapmaq mümkün deyil.
Bir müddət əvvəl də yod, boğaz spreyləri də qəhətə çəkilmişdi. Müharibə başlayandan Rusiyadan gələn dərman preparatları tapmaq mümkün olmurdu. Bu xüsusilə payız-qış mövsümündə özünü daha da biruzə verdi.
İndi isə apteklərdə satıcılar ənənəvi qızdırma salan, boğaz spreyləri əvəzinə yeni Türkiyə istehsalı olan dərmanlar məsləhət görür. “Nurafen”, “İbufren”, “Panadol” qızdırma salıcılar əvəzinə Türkiyənin “Taylol” siropunu məsləhət görürlər. Çünki artıq apteklərdə Rusiyadan gətirilən qızdırma dərmanları yoxdur.
Məşhur boğaz spreyi olan “İnqalipt” də artıq satışda tapılmayan dərmanlardandır. Onun əvəzinə də Türkiyənin “Strepsore” boğza dərmanı təklif edilir.