“MUĞAN BANK” BİR AİLƏNİ EVİNDƏN ÇÖLƏ TÖKÜR

“MUĞAN BANK” BİR AİLƏNİ EVİNDƏN ÇÖLƏ TÖKÜR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin oğulları “Muğanbank” ASC-nin ən böyük səhmdarı olub.

Tribuna.az yazır ki, bankın səhmdar tərkibi dəyişib. Yeni tərkibə görə, səhmdarlar Samir Vəliyev (40%), Munir Vəliyev (40%), Fəridə Mehdiyeva (10.8928%), Vəfa Vəliyeva (8.3254%) və Elmir Mehdiyevdir (0.7818%). Bildirək ki, Samir və Munir Vəliyevlər Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin oğullarıdır.
Bank səhmdarlarının dəyişməsiylə vətəndaşlara qarşı açılan məhkəmə iddiaları da artıb. Belə ki, qarşıdakı ay ərzində bankın 48 məhkəmə çəkişməsi var. Onlardan biri də bir ailənin evindən çıxarılması ilə bağlı qaldırılmış iddiadır.
Belə ki, Əsədova Elnarə və Əsədov Hacıbabanın yaşadığı mənzildən çıxarılması üçün bank məhkəməyə müraciət edib.

Mənzil mübahisələri, mənzildən istifadə hüququna xitam verilməsi və mənzilə hüquqların itirilmiş hesab edilməsi ilə bağlı bankın qaldırdığı iddiaya hakim Ənnağı Məmmədlinin sədrliyi ilə Salyan Rayon Məhkəməsində baxılacaq.