MOSKVADA AZƏRBAYCAN VƏ ERMƏNİSTAN XARİCİ İŞLƏR NAZİRLƏRİNİN GÖRÜŞÜ PLANLAŞDIRILIR

MOSKVADA AZƏRBAYCAN VƏ ERMƏNİSTAN XARİCİ İŞLƏR NAZİRLƏRİNİN GÖRÜŞÜ PLANLAŞDIRILIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İlkin razılaşmaya görə, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri də Moskvada görüşməlidir.

Tribuna.az erməni KİV-lərinə istinadən xəbər verir ki, ER Milli Assambleyasının “Mülki Müqavilə” fraksiyasının deputatı Arman Yeqoyan bunu jurnalistlərlə keçirdiyi brifinqdə Vaşinqtonda davam edən danışıqlara istinad edərək deyib.

Yeqoyan bildirib ki, Moskvada görüşlə bağlı ilkin razılaşma da var.
“Həmin razılaşmaya əsasən, Moskvada da görüş olmalıdır”, – Yeqoyan bildirib.

Qeyd edək ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Moskvada keçiriləcək görüşü ilə bağlı razılıq əldə olunduğunu açıqlamışdı.

Moskvada gözlənilən görüşün tarixləri ilə bağlı hələ ki, aydınlıq yoxdur.