Moskvada “artsax blokadası” kitabı çıxacaq – Xankəndidən olan erməninin yalanları…

Moskvada “artsax blokadası” kitabı çıxacaq – Xankəndidən olan erməninin yalanları…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada jurnalist, yazıçı Aşot Beqlaryanın “İtmiş günəşin narıncısı” toplusu nəşr olunacaq. Tribuna.az-ın xəbərinə görə, kitabda 44 günlük müharibə, 2-ci dünya savaşı, eləcə də “Artsaxın blokadası” haqqında hekayələr var. Beqlaryan deyib ki, hekayələr kitabı Böyük Vətən Müharibəsi zamanı itkin düşmüş babası haqqındadır.
“Atam, şair Ernest Beqlaryan ona bir sıra şeirlər həsr etmişdi, uzun illər atası haqqında hər hansı dəqiq məlumat almaq ümidi ilə yaşayırdı. Bu əsərlərin motivlərindən “İtmiş günəşin portağalı” romanında istifadə olunur. Kitabda həmçinin 2016-cı ilin dörd günlük aprel müharibəsi, eləcə də 2020-ci il çüharibəsi haqqında hekayələr yer alıb”. Kitab icmalı həmçinin “Artsaxın Azərbaycan tərəfindən davam edən blokadasından və bütün çətinliklərə qalib gələrək öz bəşəri dəyərlərini itirməməyə çalışan Artsax xalqından” bəhs edir. Kitab Rusiyada tanınmış erməni ictimai xadim Yuri Navoyanın himayəsi ilə onun əsasını qoyduğu DİALOQ kitablar silsiləsi çərçivəsində nəşr olunacaq. Biblio-Globus onlayn kitab mağazasının erməni-rus klubunda təqdimat da nəzərdə tutulub.