Moskva İrəvan və Bakının sülh müqaviləsi imzalamasını gözləyir.
Tribuna.az xəbər verir ki, bunu TASS agentliyinə müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib. O bildirib ki, Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına bundan sonra da hər cür yardım göstərməyə hazırdır və tərəflərin sülh müqaviləsi imzalaya biləcəyinə ümid edir.
M.Qaluzin qeyd edib ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli bəyanatlara uyğun olaraq həyata keçirilir.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında növbəti görüş iyunun 1-də Kişinyovda planlaşdırılır. Liderlər Avropa Siyasi Birliyinin sammiti çərçivəsində görüşəcəklər.









