“MOSKVA RUSİYA, İRAN VƏ AZƏRBAYCAN ARASINDA DƏMİR YOLU DAŞIMALARI HAQQINDA SAZİŞİN TƏRƏFDARIDIR” – PUTİN

“MOSKVA RUSİYA, İRAN VƏ AZƏRBAYCAN ARASINDA DƏMİR YOLU DAŞIMALARI HAQQINDA SAZİŞİN TƏRƏFDARIDIR” – PUTİN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Putin və Rəisi videobağlantı vasitəsilə Rəşt-Astara dəmir yolunun tikintisinə dair sazişin imzalanmasında iştirak ediblər.

Tribuna.az-ın xəbərinə görə, Rusiya prezidenti Vladimir Putin deyib ki, Rusiya Federasiyası, İran və Azərbaycan arasında dəmir yolu infrastrukturunun və yük daşımalarının inkişafı sahəsində əməkdaşlıq haqqında sazişin hazırlanmasının tezliklə başa çatacağına ümid edir.

“Biz Azərbaycan tərəfinin iştirakı ilə üçtərəfli formatda Şimal-Cənub marşrutu üzrə dəmir yolu infrastrukturunun və yük daşımalarının inkişafı sahəsində əməkdaşlıq haqqında sazişin hazırlanmasının tezliklə başa çatmasını səbirsizliklə gözləyirik”, – Putin bildirib.

“Bu, üç ölkənin gələcək uğurlu koordinasiyası üçün lazımi hüquqi baza yaradacaq”, – Rusiya prezidenti əlavə edib.