MOLLA REJİMİNİN TEHRANDA GÜLLƏBARAN ETDİYİ SƏFİRLİKLƏRİN SİYAHISI – VAŞİNQTONDAN BAKIYADƏK…

MOLLA REJİMİNİN TEHRANDA GÜLLƏBARAN ETDİYİ SƏFİRLİKLƏRİN SİYAHISI – VAŞİNQTONDAN BAKIYADƏK…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda İslam inqilabından sonra səfirliklərə 6 hücum həyata keçirilib.

Tribuna.az xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev paylaşım edib. O qeyd edib ki, 1961-ci ildə İran Vyana Konvensiyasını ratifikasiya edən Tehran diplomatik nümayəndəliklərin mühafizəsini təmin etməyi öhdəsinə götürsə də, İran İslam Respublikasında 1979-cu il İslam İnqilabından sonra müxtəlif ölkələrin səfirliklərinə 6 dəfə hücum olub:
“4 noyabr 1979-cu ildə ABŞ səfirliyinə hücum edilib, nəticədə 8 nəfər həlak olub, 66 nəfər isə uzun müddət girov saxlanılıb.

2009-cu il mayın 11-də Pakistan səfirliyinə hücum olub, bir nəfər yaralanıb.
2010-cu il fevralın 18-də Pakistan səfirliyi yenidən hücuma məruz qalıb.
29 noyabr 2011-ci ildə Böyük Britaniya səfirliyinə hücum edilib, nəticədə 3 nəfər yaralanıb.
2016-cı il yanvarın 2-də Səudiyyə Ərəbistanının səfirliyinə hücum edilib.
Nəhayət, 2023-cü il yanvarın 27-də Azərbaycan səfirliyinə hücum olub, nəticədə bir nəfər şəhid olub, iki nəfər yaralanıb”.
Ekspert sonda əlavə edib ki, molla rejimi tərəfindən törədilən terror hadisələrinin hamısı siyasi motivlərlə əlaqəlidir.