Aİ-nin sanksiyalarına qoşulmasına cavab olaraq, bir sıra Moldova rəsmilərinin Rusiyaya girişi qadağan ediləcək.
Tribuna.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Moldova diplomatik missiyasının rəhbərinə Rusiya Federasiyasının Moldova Respublikasının bir sıra rəsmi şəxslərinin Rusiyaya qarşı davamlı bəyanatlarına cavab olaraq ölkəyə girişinə qadağa qoyması, eləcə də Kişinyovun Avropa İttifaqının sanksiya siyahılarına qoşulması barədə məlumat verilib”, -məlumatda deyilir.
Eyni zamanda, Kişinyovun Rusiya səfirliyinin əməkdaşına persona non qrata elan etməsinə cavab olaraq Moldovanın Rusiyadakı səfirliyinin bir əməkdaşı persona non qrata elan ediləcək.
Qeyd edək ki, Rusiyanın Moldovadakı səfiri Oleq Vasnetsov xarici siyasət idarəsində olarkən bu qərarın səbəbləri ilə bağlı ona dəqiq cavab verilməməsinə aydınlıq gətirib.









