MOLDOVA MDB PA-DAN ÇIXIR

MOLDOVA MDB PA-DAN ÇIXIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moldova son altı ayda MDB PA-nın tədbirlərinə öz nümayəndəsini göndərməyib.

Tribuna.az Ria Novosti-yə istinadən xəbər verir ki, Federasiya Şurasının beynəlxalq komitəsinin rəhbəri, MDB PA-nın beynəlxalq komissiyasının üzvü Qriqori Karasin deyib ki, Moldovanın MDB Parlamentlərarası Assambleyasından çıxmaq niyyəti “Qərbə sədaqət andı içmək” adlı siyasi oyundur.

Bundan əvvəl Moldova parlamentinin sədri İqor Qrosu hakimiyyətin MDB Parlamentlərarası Assambleyasından çıxmaq barədə qərarını açıqlamışdı.

Spiker hakimiyyətin mövqeyini onunla əsaslandırıb ki, “MDB Rusiya tərəfindən yaradılan təşkilatdır” və Moldova artıq “danışıqlar masası arxasına otura bilməz”. Qrossu əlavə edib ki, bu qərar bir sıra müzakirələrdən sonra qəbul edilib.

Moldova hakimiyyətinin qərarını şərh edərkən Karasin deyib: “Onlar “Qərbə beyət edəcəyəm” şərti adı altında siyasi oyun oynayırlar, onların indiki Moldovaya rəhbərliyiyindən, təəssüf ki, hər şeyi gözləmək olar”.

Rusiya Federasiyası xarici işlər nazirinin keçmiş müavini xatırladıb ki, ölkə yarım ildir ki, MDB PA tədbirlərinə öz nümayəndəsini göndərmir və bu yaxınlarda Sankt-Peterburqda keçirilən assambleya iclasında da nümayəndə olmayıb.