Ölkənin məşhur estetik cərrahlarından olan Ruslan Rəsul iki azyaşlı uşağına az aliment vermək üçün aylıq gəlirini saxta yollarla azaldıb. Ona bu işdə isə çalışdığı “Modern” hospital kömək edib.
Tribuna.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşan gənc fəal Gülnarə Mehdiyevanın sözlərinə görə, dövlətin uşaqlar üçün təyin etdiyi alimenti də sözügedən estetik cərrah ödəməkdən yayınır:
“Ruslan Rəsul adlı məşhur estetik cərrah iki uşağına aliment vermir. Daha doğrusu, bir əməliyyatının qiyməti 3000 manatdan başladığı halda o, öz gəlirini rəsmi olaraq, “Modern” hosputalda 150 manat göstərib və iki uşağa görə ona minimum 350 manat aliment təyin olunub.
Amma adam keçmiş arvadına zülm etmək məqsədilə bu məbləği də bütöv şəkildə deyil, 50, 30 manat olaraq hissə-hissə verir və hər dəfə eks yoldaşını ona yalvarmağa məcbur edir.
Keçmiş həyat yoldaşına atdığı səs yazısında deyir ki, 4 aydır ki, heç bir əməliyyat etməyib və bir qəpik pulu yoxdur. Lakin bu yaxınlarda mətbuatda gedən xəbərlərdə və nişanlısının açıq profilində yayımlanan fotolara əsasən, o, nişanlısına olduqca bahalı hədiyyələr alır və öz həyatında da maddi korluq çəkmir.
Bundan başqa, adamın yaşadığı ev əslində məhkəmə yolu ilə keçmiş həyat yoldaşı arasında bölünüb. Lakin Ruslan Rəsul o evdə özü yaşayır və yoldaşına düşən payı vermək istəmir.
Yanvarın 31-i alimentin məbləğinin artırılması ilə bağlı məhkəmə olacaq”.
Tribuna.az











