Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna İrəvanla Bakı arasında aparılan danışıqlarla bağlı vəziyyət barədə danışıb.
Tribuna.az Hraparak nəşrinə istinadən xəbər verir ki, Çavuşoğlu bu barədə Ankarada Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında bildirib.
“Türkiyə, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesində irəliləyiş regionda əlverişli atmosferin yaradılmasına kömək edəcək. Bu gün biz ölkələrimiz arasında münasibətlərin normallaşması və bu məsələdə gələcək addımları müzakirə etdik. Həmçinin həmkarım Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh sazişi üzrə aparılan danışıqlar barədə mənə məlumat verdi”, – Çavuşoğlu bildirib.
Tribuna.az









