MİQ imtahanı verən müəllimlər üçün XƏBƏR VAR

MİQ imtahanı verən müəllimlər üçün XƏBƏR VAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müəllimlərin işə qəbulu (MİQ) imtahanında iştirak edən namizədlərin ballarının şəxsi səhifələrdə əks olunması vakansiya seçimi mərhələsinə başlanılmadan əvvəl təmin ediləcək.

 

Bu barədə  Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən(MÜTDA) bildirilib.

 

Qeyd edilib ki, hazırda müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test imtahanı mərhələsi üzrə daxil olmuş apellyasiya müraciətləri araşdırılır:

 

“Namizədlərin imtahan nəticələri apellyasiya müraciətlərinə verilən cavablarla eyni vaxtda onların şəxsi səhifələrinə yerləşdiriləcək. Balların şəxsi səhifələrdə əks olunması vakansiya seçimi mərhələsinə başlanılmadan əvvəl təmin ediləcək. Vakansiya seçimi mərhələsinin keçiriləcəyi tarixlər barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

 

Qeyd edək ki, sosial şəbəkələrdə MİQ imtahanında iştirak edənlər namizədlər imtahanda topladıqları balların şəxsi kabinetlərinə göndərilməməsi ilə iddiası bağlı etirazlar səsləndirib.