Avropa Birliyinin miqrasiya nazirləri viza məhdudiyyətlərini və Avropada sığınacaq hüququ olmayan daha çox insanı öz ölkələrinə, o cümlədən İraqa göndərmək və blok daxilində daha yaxşı koordinasiyanı müzakirə etmək üçün bu gün görüş keçiriblər.
Tribuna.az “Reuters”ə istinadən xəbər verir ki, Aİ-nin icraçı Avropa Komissiyası İraq, Seneqal və Banqladeşlə bağlı oxşar addımlar təklif edib. Buna baxmayaraq iki AB rəsmisi insanların geri qaytarılması ilə bağlı Dəkkə ilə əməkdaşlığın bundan sonra yaxşılaşacağını söyləyib.
BMT-nin məlumatına görə, 2022-ci ildə təxminən 160.000 insan Aralıq dənizini keçib. Bundan əlavə, Avropada 8 milyona yaxın ukraynalı qaçqın da qeydə alınıb.
“Reuters” tərəfindən də görülən birgə bəyanatın layihəsində deyilir: “Avropa İttifaqından mənşə ölkələrinə effektiv qayıdışları təmin etmək üçün bütün müvafiq Aİ siyasətlərindən istifadə etməklə sürətli hərəkət etmək lazımdır”.
27 ölkəni əhatə edən Aİ, öz xalqını geri götürə bilməyən ölkələr üçün vizaları məhdudlaşdırmağa razılaşdıqdan üç il sonra, yalnız Qambiya rəsmi olaraq cəzalandırıldı.
Qeyd edək ki, Komissiyaya görə, AB daxilində qalmaq hüququ olmayan hər bir şəxsin faktiki olaraq geri qaytarılmasını və ya deportasiya edilməsini təmin etmək üçün hökumətin müxtəlif hissələri arasında kifayət qədər resurslar və koordinasiya yoxdur.
Tribuna.az









