İllər əvvəl Türkiyəni tərk edərək xaricdə məskunlaşan aktyor Tolqa Karel Prezident seçkilərində sandıq nəticələrini və səs nisbətlərini izləyib.
Hər fürsətdə Rəcəb Tayyib Ərdoğana dəstəyini göstərən Karel, “Belə olacağını gözləyirdim, gözlədiyim kimi də oldu”deyib. “Bu gündən sonra daha çox çalışacağıq. Dünya yeni Türkiyə ilə yenidən tanış olacaq”.
Tribuna.az “Son Dakika” xəbər agentliyinə istinadən bildirir ki, Amerikaya köçüb orada ailə həyatı quran aktyor Ərdoğanı dəstəklədiyini bildirib.
Ərdoğana dəstəyini öz hesabında paylaşan Karel seçki qutuları açılarkən İnstaqram hesabında növbəti paylaşımını edib. Ərdoğanın fotosunu paylaşan Karel, “Deməyə sözüm yoxdur, sağ olsun. Bu müddətdən sonra təkəbbür ən böyük günahdır. Bunun olacağını gözləyirdim. Bu gündən sonra daha çox çalışacağıq. Dünya yenidən yeni Türkiyə ilə tanış olacaq”, – bildirib.









