Mərhum Əməkdar artistin qızı doğmalarından gileyləndi

Mərhum Əməkdar artistin qızı doğmalarından gileyləndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Əməkdar artist, mərhum aktyor Həsən Əblucun qızı Elnaz Əbluc yaxınları və doğmalarından gileylənib.
Tribuna.az xəbər verir ki, rejissor anasının vəfatından sonra doğmalarının onu tək qoyduğunu bildirib:
“Əvvəllər vəfat edən şəxsin yaxınlarını bir gün belə tək qoymazdılar. Qonşular evdən çıxmazdı. Biri gedər, biri gələrdi. Nə zalım bir dövrə gəlib çıxmışıq. Qovrul, nə qədər qovrulursansa…”
Xatırladaq ki, bir müddət əvvəl Həsən Əblucun həyat yoldaşı Firəngiz Əblucun səhhətində problem yaranmışdı. Aparılan müalicələrə baxmayaraq, Firəngiz Əbluc vəfat edib.