MƏKTƏBİN HƏYƏTİNDƏ TƏCAVÜZƏ MƏRUZ QALAN 66 UŞAQ MƏZARI TAPILDI

MƏKTƏBİN HƏYƏTİNDƏ TƏCAVÜZƏ MƏRUZ QALAN 66 UŞAQ MƏZARI TAPILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanadada kilsə məktəblərində davam edən axtarışlarda bölgələrdə uşaq məzarlarının olduğunu göstərən 66 yeni yer kəşf edilib.

Tribuna.az “New York Times”a istinadən xəbər verir ki, Kanadanın köhnə qəsəbəsindəki kilsə məktəbinin bağçasında işarəsiz qəbirləri axtaran qruplar, işlərinin son mərhələsində ərazidə uşaq məzarları ola biləcəyini göstərən 66 yeni tapıntı aşkar ediblər.

AA-nın məlumatına görə, araşdırmaçı Uitni Spirinq mətbuat konfransında “Rentgen cihazı ilə etdikləri skanlar nəticəsində St. Mission Josep-ə məxsus ərazidə uşaqlara qarşı edilən cinayətlərin qalıqlarını tapıblar. Spiring, katolik məktəbinin bağçasında, araşdırmanın nəticələrinə əlavə olaraq, sağ qalanlarla apardıqları müsahibələr və arxiv qeydlərində uşaqlara qarşı cinsi təcavüz nəticəsində körpələrin məktəb daxilində və xaricində yandırıldığı üzə çıxıb.
Eyni zamanda, Kanadanın Ontario şəhərində köhnə internat məktəbinin yerində məzar sayılan 171 yeni yer müəyyən edilib və bunların məktəbdə qalan uşaqların məzarları ola biləcəyi bildirilib.

Qeyd edək ki, Bəzi mənbələrdə kilsə məktəblərində qalarkən ölən uşaqların sayı 4200 olaraq göstərildiyi halda, Komissiya hesabatında ölümlərin kilsə idarələri tərəfindən sənədləşdirilmədiyi üçün bu rəqəmin 5995 olduğu bildirilir.