MƏKTƏBDƏ ZƏHƏRLƏNƏN 60 QIZ XƏSTƏXANAYA YERLƏŞDİRİLİB

MƏKTƏBDƏ ZƏHƏRLƏNƏN 60 QIZ XƏSTƏXANAYA YERLƏŞDİRİLİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstanda polis ölkənin şimalındakı Saraypol əyalətində qızların təhsil aldığı məktəbdə 60-a yaxın şagirdin zəhərlənərək xəstəxanaya aparıldığını açıqlayıb.

Tribuna.az Gazete Duvar-a istinadən xəbər verir ki, Saraypol polisinin sözçüsü Den Məhəmməd Nəzəri, “Bəzi naməlum şəxslər Sançərək rayonundakı qızlar məktəbinə girərək sinif otaqlarını zəhərləyiblər. Uşaqlar siniflərə gələndə zəhərləndilər” deyib.

Nəzəri uşaqların hansı maddə ilə zəhərləndiyi barədə məlumat paylaşmayıb.

Zəhərlənən qızların xəstəxanaya aparıldığını deyən Nəzəri uşaqların vəziyyətinin yaxşı olduğunu, hadisə ilə bağlı heç kimin saxlanılmadığını bildirib.