Rusiya Milli Təhlükəsizlik Şurasının sədr müavini Medvedev Zelenskinin sözlərinə reaksiya verib.
Tribuna.az İndependent-ə istinadən xəbər verir ki, Rusiya Milli Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin sözlərinə görə, “Kiyev rejimi” tamamilə dağıdılmalı, Ukrayna ordusunun şəxsi heyəti və texnikası da tamamilə məhv edilməlidir.
Ukrayna Prezidenti Vladimir Zelenskinin Skandinaviya mətbuatına verdiyi müsahibəni dəyərləndirən Medvedev, “Heç kim bu cür aldadıcı çıxışları yüngül qəbul etməməlidir. Bu, Kiyev rejiminin nasist elitalarını bir araya gətirmək və onların mənəviyyatını artırmaq məqsədi daşıyan isterik manifestidir” deyib.
Kiyevin planlarını puça çıxarmaq üçün Rusiyanın Ukrayna ordusuna bağlı bütün şəxsi heyəti və texnikasını məhv etməli olduğunu bildirən Medvedev, “Son nəticədə Kiyevdəki nasist rejimi tamamilə sıradan çıxarılmalı və keçmiş Ukraynanın bütün torpaqları tərksilah edilməlidir”, -deyib.
Medvedev həmçinin bildirib ki, Rusiya administrasiyası Kiyev rejiminin xaricə qaçan əsas fiqurlarını tutmaqla qisas almalıdır.
“Əks halda, onlar sakitləşməyəcək və cəfəngiyyatlar reallığa çevriləcək. Müharibə uzun müddət bitməyəcək. Ölkəmizə buna ehtiyac yoxdur”, -deyə əlavə edib.









