May yazın ən isti aylarından olsa da, havalar o qədər də isti və sakit keçmir. Aprel ayı ilə müqayisədə may daha küləkli, soyuq və yağmurlu keçdi, desək yanılmarıq. Bakı və digər böyük şəhərlərdə külək, soyuq, dağlıq ərazilərdə isə son bir neçə gündür ki, hətta qar da yağıb. Məlumata görə, dünən Quba və Qusara qar yağıb.
Tribuna.az xəbər verir ki, Azərbaycanda may ayında havaların soyuması şimaldan ölkə ərazisinə daxil olan soyuq hava kütlələri ilə əlaqələndirilir. Mütəxəssislərin fikrincə, may ayında dağların zirvələrinə bundan əvvəl də qar yağıb. 1987-ci ildə iyun-iyul ayında Kəlbəcər, Laçında qar yağması faktı da var.
Bunlar metereoloji anomallardır və hər il müşahidə olunur.
Ekoloqlar bildirir ki, hava şəraiti 8-10 ildən bir müəyyən amplitudalarda dəyişir. Bunu nəzərə alsaq, hazırki hava normal sayılı. May ayında havaların bəzən soyuq, küləkli keçməsinə səbəb iqlim dəyişikliyi göstərilir, lakin iqlim dəyişikli qlobal anlamda təbiətə təsir edir. Yəni may ayında bir neçə günlük havanın səyuq keçməsinin iqlim dəyişikliyi ilə əlaqəsi yoxdur.
Həmçinin ekoloqlar bildirib ki, yaz aylarında hava çox dayanıqsız olur və bu səəbdən tez-tez şimaldan gələn hava kütlələri belə dayanıqsız havaya müdaxilə edə bildir.
Həmçinin bildirilib ki, bu cür hava kənd təsərrüfatına da təsirsiz ötüşmür.
Belə ki, kənd-təsərrüfatında meyvələrdə – gilas, ərik, şaftalıda tozlanma gedib və külək də bu tozlanmaya təsiirsiz ötüşmür. Hava o qədər də mənfi temperatura keçmədiyinə görə və uzun müddət soyuq olmayacağı üçün buna mənfi təsir etmir. Dağlıq rayonlarda isə çiçəklənmə hələ indi başladığı üçün orada da məhsuldarlığa elə də ciddi təsir etmir.









