LUKAŞENKO PUTİNDƏN NƏYƏ GÖRƏ KÖMƏK İSTƏDİ…?

LUKAŞENKO PUTİNDƏN NƏYƏ GÖRƏ KÖMƏK İSTƏDİ…?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarus prezidenti Aleksandr Lukaşenkonun dünən Moskvada baş tutan 9 May Qələbə Günü paradında gəzərkən çətinlik çəkməsi və tədbirindən tez ayrılması qərb mediasının diqqətindən yayınmayıb.

Tribuna.az xəbər verir ki, İngiltərənin “Dailymail” qəzeti Belarus liderinin görüntülərini dərc edən xəbərində Lukaşenkonun Qızıl Meydandakı mərasimdə yeriməkdə çətinlik çəkdiyini yazıb. Həmçinin qəzet qeyd edib ki, çələng qoyma mərasimi zamanı o, ayaqlarını sürüyərək hərəkət etmək məcburiyyətində qalıb.
Sosial mediada sürətlə yayılan videoda Lukaşenkonun “narahat” görünməsi də diqqət çəkib.

Qəzetin iddiasına görə, Belarus lideri Putindən ona kömək etməsini xahiş edir. Bundan sonra Putin müavinlərinə Lukaşenko üçün maşın hazırlamağı tapşırır.

Amerikanın “Newsweek” jurnalı isə Lukaşenkonun əlindəki sarğıya diqqət çəkərək liderin onun üçün ayrılmış maşınla dərhal hava limanına getdiyini və oradan ölkəsinə qayıtdığını yazıb.

24 ildir hakimiyyətdə olan 68 yaşlı liderin şənliklərə elektromobillə gəlib-getməsi öyrənilib. Məlumata görə, prezident hava limanına qayıdarkən təcili yardım maşını onu müşayiət edib.