Nigeriyanın Delta ştatı sakini lotereya həvəskarı olduğu üçün gözünü itirib.
Buna səbəb ona qalibiyyət vəd edən iksir olub. Bu barədə “Pulse” nəşri məlumat verib. 27 yaşındakı Emmanuel Okachi lotereyanı tez-tez oynasa da, heç vaxt qalib olmayıb. O qərar verib ki, qalibiyyət üçün fövqəltəbii köməyə ehtiyac duyur. Ona görə də Oqvaşi-Uku şəhərinin yaxınlığında İshiaqu kəndində yaşayan sehrbaza müraciət etməyi qərarlaşdırıb. Sehrbaz da ona sehrli görüntü verən və şanslı nömrələri görməyə kömək edən bir iksir hazırlayıb. Bunu etmək üçün onu içməli və gözlərinə sürtməli idi. Okachi sehrbazın tapşırıqlarını yerinə yetirib və satın alınan qarışığı istifadə etməyə başlayıb. Tezliklə iksirin narahatlığa səbəb olduğunu fərq edib. Onun sol gözü şişib və lotereya sevdalısı xəstəxanaya yollanıb. Həkimlər ona kömək edə bilməyib və nəticədə gözünü itirib.
Qurbanın böyük qardaşı bütün ailənin baş verən hadisələrdən şoka düşdüyünü və hadisəni tezliklə unutmaq istədiyini bildirib. Dərmanı satan sehrbaz qaçıb və bilinməyən yerdə gizlənib.









