“Liverpul” rekorda, Məhəmməd Salah antirekorda imza atıb

“Liverpul” rekorda, Məhəmməd Salah antirekorda imza atıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Liverpul” klubu İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.

Tribuna.az “Opta Sport”a istinadən xəbər verir ki, Mersisayd təmsilçisi buna XXVII turda “Nottinqem Forest”i məğlub etdiyi matçda (1:0) nail olub.

Komandanın qələbə qoluna 90+7-ci dəqiqədə Aleksis Makallister imza atıb.

“Liverpul” cari mövsüm 90-cı və uzatma dəqiqələrində 7 dəfə qələbə topunu vurub. Bu, Premyer Liqa tarixində ilk belə göstəricidir.

Məhəmməd Salah isə hazırkı ölkə çempionunda antirekordla yadda qalıb. O, ardıcıl 9 oyundur ki, çempionatda fərqlənə bilmir. Bu, misirli forvardın Premyer Liqadakı ən uğursuz seriyasıdır.

Salah son olaraq noyabrın 1-də, “Aston Villa”ya qalib gəldikləri qarşılaşmada (2:0) qol vurub.

Sənan Məmmədli