Livanın cənubunda güclü partlayış səsi eşidilib.
Tribuna.az Mehrnews-a istinadən xəbər verir ki, məlumata görə, partlayış səsi Marjaayun bölgəsində eşidilib.
Hadisənin dəqiq səbəbi hələlik bəlli deyil.
Məlumatda bildirib ki, partlayış, ehtimal ki, Livan və işğal olunmuş Fələstin sərhədi yaxınlığındakı Şəba fermalarında sionist qüvvələrin təlimi nəticəsində baş verib.
Hələlik əlavə təfərrüatlar açıqlanmayıb.









