“LAÇIN DƏHLİZİ İLƏ NƏQLİYYATIN BƏRPASI HƏLƏ DƏ AKTUALDIR” – ABŞ DÖVLƏT DEPARTAMENTİ

“LAÇIN DƏHLİZİ İLƏ NƏQLİYYATIN BƏRPASI HƏLƏ DƏ AKTUALDIR” – ABŞ DÖVLƏT DEPARTAMENTİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü, Patelin sözlərinə görə, yolun açılması zərurətini ləğv etmir.

Tribuna.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Laçın dəhlizi ilə sərbəst hərəkətin bərpası hələ də aktualdır, bunu Dövlət Departamentinin sözçüsü Vedant Patel brifinqdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda keçirilən görüşünü şərh edərkən deyib.

“Biz bu məsələni birbaşa erməni həmkarlarımız qarşısında qaldırmağa davam edəcəyik”, – Patel bildirib.

Qeyd edək ki, bundan əvvəl Vaşinqtonda Mirzoyan və Bayramov Blinkenlə ayrı-ayrılıqda görüşüb, daha sonra onun iştirakı ilə üçtərəfli görüş keçiriblər.