Bəs biz deyəndə ki, Ermənisana əlavə altarnativ yol var, bəzi agzıgöyçəklər mübahisə edirdilər, deyirdilər, o yol işlək deyil, ay nə bilim nə. Guya Qarabağı məndən yaxşı tanıyırlar və guya oralarda olublar. Guya maşınla yox, bizim kimi addım-addım gəziblər oraları.
Tribuna.az xəbər verir ki, bu fikirlərlə ehtiyatda olan polkovnik Azay Kərimov çıxış edib. Qarabağda qalan iki erməni kriminal avtoritetin gizli yolla Ermənistana keçirilməsilə bağlı məsələni şərh edən polkovnik bildirib ki, həmin gizli yolla ermənilər, ruslar silah- sursat da gətirir, mərmi də:
“Yaxşı hazırlanmış Xususi Təyinatlı Qüvvələr də gətirirlər, əsgər öldurmək və dağıntı törətmək üçün hər şey edirlər. Mən Dağlıq Qarabağda 1990-ci ildən varam. Hələ o vaxt Qarabağda SSRİ-nin Daxili Qoşunlar Diviziyası yerləşmişdi, Xankəndinin dəmir yol vağzalında.
O vaxt Daxili Qoşunlar deyilirdi, indi sülhməramlılar deyilir. Onu da bildirim ki, sülməramlıların orda sayı 2.000 deyil, daha coxdur, 5.000 – 6.000. Onların da yarısı ermənidi, hələ ki texniki və məişət işlərinə cəlb olunurlar. Sadəcə formalarını dəyişib sülməramlı olublar. 1990-ci illərdə də belə edirdilər.
Biz bundan sonra 10-15 il, bəlkə də daha çox Xankəndindən yox, elə burdan komputer, televizor arxasından qırıldayacaq, boş-boş rəylər verəcəyik. Hamını axmaq, özümüzü ağıllı hesab edəcəyik”.
Qeyd edək ki, erməni mənbələr sülhməramlıların Laçın yolunda aksiyanın başlanmasından sonra Qarabağda qalan iki erməni kriminal avtoriteti gizli yolla Ermənistana keçirdiyini iddia edir: bunun qarşılığında sülhməramlılar 10 min dollar ödəniş alıb, lakin avtoritetlərin adı və aksiya keçirilən ərazidən hansı formada keçirildiyi qeyd olunmur.









