“Bundan da dəqiq mövqe olarmı? Paşinyan açıq deyib ki, Qarabağı Azərbaycan ərazisi kimi tanıyır, daha nə istəyirsiniz? Mariya Zaxarovanın “Paşinyanın açıqlaması Ermənistanda və Qarabağda birmənalı olmayan reaksiyaya səbəb olub” cümləsi isə ona dəlalət edir ki, Kreml Paşinyana müxalif olan qüvvələrin Azərbaycanın ərazi bütövlüyünün əleyhinə olmalarını “diqqətə” alır.
Tribuna.az yazır ki, bu fikirlələ politoloq Elxan Şahinoğlu çıxış edib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq” açıqlamasına reaksiyasını dəyərləndirən Şahinoğlu bildirib ki, bu cavab Kremlin ürəyincə deyil:
“Yəni bu o deməkdir ki, Kremlin Qarabağla bağlı “fərqli” mövqeyi var. Vaşinqton Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması fikrinə müsbət yanaşarkən, Moskva Paşinyanı tənqid etməyə üstünlük verir. Demək, Kreml separatçılarla bağlı “planlarından” əl çəkməyib”.









