Gecikmələri olsa da, borcunu tam bağlayan müştərini “Kontakt Home” məhkməyə verdi.
Tribuna.az xəbər verir ki, vətəntaş Ziya Əliyev üzləşdiyi haqsızlıq barədə sosial şəbəkədə məlumat paylaşım. O bildirib ki, “Kontakt Home”dan kreditlə telefon götürdüyünə görə peşman olub:
“Şikayətim “Kontakt Home” mağazalar şəbəkəsindəndir. Bir dəfə kreditlə telefon götürdüm. Normal da ödəniş edirdim. İşdən çıxandan sonra gecikmələrim oldu. Həmin vaxt “Kontakt Home” vakansiya elan etmişdi. Müraciət etdim, buna baxmayaraq məni işə götürmədilər ki, sizin telefon borcunuz var.
Borcumu başqa işə düzələndən sonra tam ödədim. Bu gün isə məhkəmədən kağız gəlib ki, mənim “Kontakt Home”a borcum var. Bu necə özbaşınalıqdır?”.










