İngiltərə Kralı 3-cü Çarlzın 6 may tarixində keçiriləcək tacqoyma mərasiminə görə şəhərin təhlükəsizliyinə nəzarət etməsi üçün 29 min polis ayrılıb.
Tribuna.az xarici mediaya istinadən xəbər verir ki, mərasim boyunda London küçələrində 29 mindən çox polis xidmət göstərəcək. Xüsusilə tacqoyma mərasiminin keçiriləcəyi gün 11 mindən çox polis Londonun mərkəzində gəzəcək. Həmçinin polis itləri, rezin gülləli polislər, dəniz polisi, özəl polis təşkilatları hazır vəziyyətdə olacaq.
Polis London mərkəzində üztanıma texnologiyasından da istifadə edəcək ki, küçədə müxtəlif cinayətlərdən həbs edilmiş və ya axtarışda olan şəxslər asanlıqla müəyyən edilə bilsin.









