Fransız sahibkar Zephalto 2025-ci ilə qədər kosmosda yemək yeməyin mümkün olacağını açıqlayıb.
Tribuna.az xarici mediaya istinadən xəbər verir ki, adambaşına 120 min avroya başa gələcək altı saatlıq gediş-gəliş, dünyanın bənzərsiz mənzərələri ilə gözəl yemək imkanı əlçatan olacaq.
Səyahət zamanı wifi vasitəsi ilə baş verəcək hadisələri anında paylaşmaq mümkün olacaq.
Hazırda fransız memar Cozef Dirand tərəfindən layihələndirilən kapsul 20 kvadratmetrlik daxili otağa malik olacaq, iki pilotu və əlavə altı sərnişini daşıya biləcək.
Nihat










