“Azərbaycan və Türkiyə arasında gərginliyi körükləyən, kənardan təsir göstərmək istəyən və hibrid hücumlar həyata keçirən qüvvələr var. Biz Rusiya, İran, Ermənistan və digər mərkəzlərdən bunu müşahidə edirik”.
Bu sözləri Tribuna.az-a siyasi analitik Ramiyə Məmmədova açıqlayıb. Onun fikrincə, hər iki tərəf uzaqgörən, müdrik siyasəti nəticəsində təxribatların genişlənməsinə imkan verməməlidir.
Ekspert güman etmir ki, soyuqluq uzun müddət çəkəcək: “Biz daha əvvəl də müəyyən gərginlik yaşamışıq. Amma sonra əlaqələr yaxşılaşıb. Bu hadisələr də epizodikdir. Çünki bir-birinə ehtiyacı olan iki qardaş dövlətdir. Burada strateji maraqlar var və biz uzun müddət gərgin vəziyyətdə qala bilmərik”.
Həsən Ağa









