Erməni politoloq: “Azərbaycan bizi idarə etmək şansı qazanacaq”

Erməni politoloq: “Azərbaycan bizi idarə etmək şansı qazanacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Paşinyan bacarıqlı diplomatiya yolu ilə Bakının məlum tələbinin Ermənistan-Azərbaycan sülh prosesinə mane olmayacağına nail olmağa məcbur idi”.

Tribuna.az xəbər verir ki, bu fikirləri erməni politoloq Suren Surenyants səsləndirib.

O iddia edib ki, Ermənistan konstitusiyası sülh müqaviləsinin imzalanması üçün real hüquqi maneə deyil. “Lakin Paşinyan fərqli bir yol seçib: xarici təzyiqi daxili siyasi şantaj halına gətirmək taktikası”.

Onun iddiasına görə, Azərbaycanın tələbi ilə konstitusiya referendumunun keçirilməsi Ermənistan dövlətçiliyi və ya sülh prosesinin təməlinə qoyulmuş bir minadır. “Paşinyanın zəmanət verdiyi kimi, institusional sülhün bərqərar olması deyil, dövlətimizin siyasi və sivilizasiya təməllərini məhv etmək bahasına Azərbaycan vassallığının qəbul edilməsi demək olacaq”.

Surenyants hesab edir ki, əgər Ermənistan konstitusiyası Prezident İlham Əliyevin tələbi ilə dəyişdirilərsə, təhlükəli bir presedent yaranar və bu presedent vasitəsilə Bakı daxili həyatımızı idarə edə bilər. “Üstəlik, bu güzəştin ardınca Bakıdan yeni tələblər gəlməyəcəyinə dair heç bir zəmanət yoxdur. Hətta Nikol Paşinyan və Ararat Mirzoyan belə bir zəmanət verə bilməzlər”.

Fərda Uğur