KÖÇƏRYAN Aİ NÜMAYƏNDƏ HEYƏTİNƏ CAVAB VERDİ: “ERMƏNİSTAN QOŞUNLARI LAZIM OLAN YERDƏDİR”

KÖÇƏRYAN Aİ NÜMAYƏNDƏ HEYƏTİNƏ CAVAB VERDİ: “ERMƏNİSTAN QOŞUNLARI LAZIM OLAN YERDƏDİR”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Andrea Viktorin bəyan edib ki, “sərhəd rayonlarda erməni qoşunlarının yerləşdiyi bir-iki məntəqə var”.

Tribuna.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Ermənistan parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının rəhbəri Andranik Köçəryan Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri Andrea Viktorinə cavab verərkən deyib ki, Ermənistan qoşunları hazırda olması lazım olan yerdədir.

Qeyd edək ki, Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri Andrea Viktorin Ermənistan və Azərbaycanı sərhəddən qarşılıqlı olaraq qoşunlarını çıxarmağa çağırıb. O, eyni zamanda əlavə edib ki, “sərhəd rayonlarda erməni qoşunlarının yerləşdiyi bir-iki nöqtə var”. Bu məqamların harada olduğunu aydınlaşdırmaq istədikdə, o, bilmədiyini, lakin Brüsseldəki danışıqlardan sonra bu barədə eşitdiyini söyləyib.