Kahramanmaraşda baş verən zəlzələlərdən sonra yaz dövrünün sonuna qədər universitetlərdə distant təhsilə başlanılıb və KYK yataqxanalarında olan tələbələr evlərinə qayıdıblar.
Tribuna.az “SonDakika” xəbər agentliyinə istinadən bildirir ki, vəziyyətə reaksiya verən CHP lideri Kılıçdaroğlu, “Universitetləri açın, bölgədən gələn və mənzil problemi olan hər kəsi yerləşdirmək istəyirik. Bələdiyyələrimizlə birlikdə bu işin bütün logistik ehtiyaclarını qarşılamaq üçün buradayıq. Siz məktəbləri açın, qalanını bizə həvalə edin” deyib.
“YÖK-ü də xəbərdar edirəm; həddini aşmaq, gənclərin həyatı ilə oynamaqdır! Bundan sonra atacağımız addımlar istəkdən kənar olacaq. Universitetləri açın”, – paylaşımında bildirib.










